Tbilisidə atışma olub, üç nəfər yaralanıb

Tbilisidə atışma olub, üç nəfər yaralanıb Gürcüstanın paytaxtı Tbilisi şəhərində atışma olub, üç nəfər yaralanıb.
Region
17 Aprel , 2024 15:54
Tbilisidə atışma olub, üç nəfər yaralanıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində atışma olub, üç nəfər yaralanıb.

"Report"un yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Tabidze küçəsində baş verib.

Şahidlər yaralılardan birinin başından, iki nəfər isə çiynindən güllə yarası aldığını söyləyiblər.

“Mən atəş səsini eşitdim. 5-6 dəfə atəş açıldı. Qonşu mənə dedi ki, güllə atan başından, özünü müdafiə edən iki nəfər isə kürəyindən yaralanıb”, - şahid qeyd edib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi