Tbilisidə antitteror əməliyyatı keçirilmiş binaya sakinlər hələ də buraxılmırlar

Tbilisidə antitteror əməliyyatı keçirilmiş binaya sakinlər hələ də buraxılmırlar Binada axtarışlar davam edir
Region
23 Noyabr , 2017 11:50
Tbilisidə antitteror əməliyyatı keçirilmiş binaya sakinlər hələ də buraxılmırlar
Report

Bakı. 23 noyabr. REPORT.AZ/ Tbilisidə ötən gün terrorçuların gizləndiyi və antiterror əməiyyatı keçirilən binanın sakinləri hələ də yaşadıqları mənzillərə buraxılmırlar.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu sakinlərdən biri deyib.

“Səhərdən sakinlər bura toplaşıblar. Onlar evlərinə getmək istəyirlər. Ancaq xüsusi təyinatlılar icazə vermir. Onlar deyir ki, hər mənzildə dərindən axtarış aparılır. Bizə hətta avtomobilimizidə həyətədən çıxarmağa icazə vermirlər. Bu çox dəhşətli gecə idi. Hamı qorxmuşdu”, - sakinlərdən biri Gürcüstan televiziyasına açıqlamasında bildirib.

Tbilisi meri Kaxa Kaladze zərərçəkmiş sakinlərin müvəqqəti yaşayış yeri ilə təmin ediləcəyi vədini verib. 

Qeyd edək ki, noyabrın 22-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Tbilisidə antiterror əməliyyat keçirib. 17 saat davam edən əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib, biri tutulub. Xüsusi təyinatlı dəsətnin bir əməkdaşı həlak olub, 3-ü yaralanıb.

Son xəbərlər

Orphus sistemi