Tbilisidə antiterror əməliyyatı zamanı 3 terrorçu öldürülüb, biri həbs olunub

Region
  • 22 noyabr, 2017
  • 15:30
Tbilisidə antiterror əməliyyatı zamanı 3 terrorçu öldürülüb, biri həbs olunub

Tbilisi. 22 noyabr. REPORT.AZ/ Tbilisinin İsani-Samqori rayonu ərazisindəki Qabriel Salou prospektindəki yaşayış binasında həyata keçirilən antiterror əməliyyatı zamanı 1 terrorçu sağ ələ keçirilib, 3 nəfər öldürülüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Nino Qiorqobiani keçirdiyi brifinqdə deyib.

Əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları və xüsusi təyinatlı dəstənin 2 üzvü yaralanıb. Səhər saatlarında xüsusi təyinatlı dəstənin yaralanmış bir üzvü xəstəxanada ölüb.