"Report" "Kafkaz-Uzel"ə istinadən xəbər verir ki, tətili şirkətin uçuş və texniki heyəti elan edib. Onlar iki ölkə arasındakı uçuşlarda Gürcüstan hakimiyyətinin Rusiya avia-nəqliyyatına üstünlük verildiyinə etiraz olaraq bu aksiyanı keçirirlər.
Tbilisi ilə Moskva arasındakı davamlı reysi 3 hava şirkəti həyata keçirir. Onların 2-si Rusyanın, biri isə Gürcüstanındır.
Bundan başqa, Gürcüstan təyyarəçilərinin bu istiqamətdə uçuşlarının sayı 14-dən 10-a enib.
Həmçinin, Gürcüstanın Mülki Aviasiya Agentliyi "Transaero"ya və "Sibir" şirkətinin törəməsi "Qlobus"a Tbilisiyə uçuşla bağlı lisenziya verməkdən imtina edib.