Tbilisi merinin müavini intihar edib - YENİLƏNİB

Tbilisi merinin müavini intihar edib - YENİLƏNİB Tbilisi merinin müavini İlya Eloşvili evində ölü tapılıb.
Region
1 İyun , 2022 13:35
Tbilisi merinin müavini intihar edib - YENİLƏNİB
İlya Eloşvili

Tbilisi merinin müavini İlya Eloşvilinin intihar etdiyi müəyyən olunub.

"Report"un yerli bürosu xəbər verir ki, faktla bağlı özünü ölüm həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb.

Onun odlu silahla özünü qətlə yetirdiyi bidirilir.

11.34

Tbilisi merinin müavini İlya Eloşvili evində ölü tapılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Vitse-merin dəqiq ölüm səbəbi hələ bilinmir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, 47 yaşlı İ.Eloşvili 2012-2016-cı illərdə Gürcüstanın energetika nazirinin müavini, 2017-ci ildə isə energetika naziri olub.

Son xəbərlər

Orphus sistemi