Tatarıstanda “Kazan - İƏT-in gənclər paytaxtı” ilinin bağlanış mərasimi keçirilib
- 16 dekabr, 2022
- 07:44
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi (ICYF-ERC) gənclər proqramlarının həyata keçirilməsində Tatarıstan ilə əməkdaşlığı davam etdirəcək.
"Report" xəbər verir ki, bunu ICYF-ERC Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov "Kazan – İƏT-nin 2022-ci il üçün gənclər paytaxtı” beynəlxalq proqramının bağlanış mərasimində deyib.
"İƏT modeli, Rusiya - İƏT Gənc Diplomatlar Forumu, startaplar üçün onlayn və oflayn proqramlar Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin icrasında iştirak etdiyi istiqamətlər sırasındadır. Biz öz tərəfimizdən bu proqramları dəstəkləməyə davam edəcəyik", - o bildirib.
Kazan şəhərinin meri İlsur Mendşin məhz Tatarıstan paytaxtının bu il üçün İƏT-in gənclər paytaxtı elan edilməsindən qürur duyduğunu söyləyib: "Tez ötüb-keçsə də, çox zəngin bir il oldu".
Mer bu il ərzində bir sıra ölkələrdən çoxsaylı nümayəndə heyətlərinin Kazana səfər etdiyini xatırladıb.
Tədbir çərçivəsində “İlin fotosu”, “İlin gənc mediainfluenseri”, “İctimai diplomatiya layihəsi”, “İlin gənc etno-idmançısı” və digər nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb.
Azərbaycanlı Sara Rəcəbli və Burkina-Fasodan olan Abdul-Fatau Mayqa “İlin gənc sosial sahibkarı” nominasiyasının qalibi olublar.