Surqutda bıçaqla əhaliyə hücum edənin kimliyi müəyyənləşib

Region
  • 19 avqust, 2017
  • 10:43
Surqutda bıçaqla əhaliyə hücum edənin kimliyi müəyyənləşib

Bakı. 19 avqust. REPORT.AZ/ Müstəntiqlər Rusiyanın Surqut şəhərində əhaliyə bıçaqla hücum edənin şəxsiyyətini müəyyənləşdiriblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

“Müstənqilər tərəfindən hücum edənin kimliyi müəyyənləşib. İlkin məlumata görə, bu, 1994-cü ildə doğulan yerli kişi sakindir”, - o vurğulayıb.

S.Petrenkonun sözlərinə görə, həmin gənci xarakterizə edən materiallar araşdırılır, onun psixi cəhətdən çatışmazlığı haqqında da informasiya yoxlanılacaq.

Qeyd edək ki, avqustun 19-da Rusiyanın Surqut şəhərində naməlum şəxsin insanlara bıçaqla hücum etməsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polisin hücum edən şəxsi zərərsizləşdirdiyi, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. 

Son xəbərlər

Bütün Xəbər Lenti