Suriyada terror hücumunda yaralanan türk əsgəri şəhid olub
Region
- 12 sentyabr, 2021
- 00:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinə terror hücumu nəticəsində yaralanan Türkiyə ordusunun əsgəri müalicə aldığı xəstəxanada vəfat edib.
“Report”un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Hatay Elmi Tədqiqat Xəstəxanasında həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Bununla da şəhid olan türk əsgərlərin sayı 3-ə çatıb.
Xatırladaq ki, ölkənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Suriya sərhəddini ziyarəti zamanı bildirib ki, sentyabrın 11-i terrorçuların hücumu zamanı yaralanan əsgərlərin ikisinin vəziyyəti qənaətbəxşdir, digər biri isə əməliyyat ediləcək.
Son xəbərlər
09:04
UEFA Millətlər Liqası: Fransa Türkiyəni, İspaniya İngiltərəni qəbul edəcək
Futbol
08:57
Filippin Prezidenti: Yaxın Şərqdəki hadisələr ASEAN ölkələri üçün təhlükə yaradıb
Digər ölkələr
08:27
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib – Yenilənib
Region
07:50
STAR NEZ Türkiyədə sentyabrda 25 min tondan çox LPG istehsal edib
Energetika
07:20
İranda aşan avtobusda 11 nəfər ölüb, 19 nəfər yaralanıb – Yenilənib
Region
07:09
Egey dənizində zəlzələ olub
Region
06:56
ABŞ-də dizel iki ayda ilk dəfə ucuzlaşıb
Digər ölkələr
06:24
Səudiyyə Ərəbistanı səmasında husilərin raket və PUA-ları vurulub
Digər ölkələr
05:24
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
Digər ölkələr