Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəl Ankaradakı evində vəfat edib.
"Report" "CNNTurk"ə istinadən məlumat verir ki, o, dekabrın 19-da dəfn olunacaq.
Hacı Əli Dəmirəl ailəsinin nəzarətində olan "Orma", "Haymak", "Terakki Kollektif", "Kuştur", "Göltaş" və "Peraja-Coca Cola" kimi şirkətlərə ortaq idi.
S.Dəmirəlin prezidentliyi dönəmində onun adı bir sıra maliyyə qalmaqallarında hallanıb.