"Skripal işi"ndə təqsirləndirilənlər barədə məlumatı satan sərhədçi tutulub

"Skripal işi"ndə təqsirləndirilənlər barədə məlumatı satan sərhədçi tutulub Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Baş Kəşfiyyat İdarəsinin polkovniki Sergey Skripalın zəhərlənməsində ittiham olunan Aleksandr Petrov və Ruslan Boşirovun xaricə səfərləri barədə məlumatı satmaqda şübhəLi bilinən sərhədçini tutublar.
Region
30 Oktyabr , 2018 14:25
Skripal işində təqsirləndirilənlər barədə məlumatı satan sərhədçi tutulub
RT
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Baş Kəşfiyyat İdarəsinin polkovniki Sergey Skripalın zəhərlənməsində ittiham olunan Aleksandr Petrov və Ruslan Boşirovun xaricə səfərləri barədə məlumatı satmaqda şübhəLi bilinən sərhədçini tutublar.

“Report” “Rosbalt”a istinadən xəbər verir ki, həmin sərhədçi Şimal-Qərb federal dairədə işləyib. Onunla birlikdə Federal Vergi Xidmətinin bölmələrindən birinin əməkdaşı da tutulub.

Xatırladaq ki, rusiyalı hərbi kəşfiyyatçı, 1999-cu ilə qədər Rusiya BKİ-nin əməkdaşı olan Sergey Skripal və onu görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı oturacaqda huşsuz vəziyyətdə tapılıb. Onlar nadir əsəb iflic edən maddədən zəhərlənmə diaqnozu ilə təcili surətdə xəstəxanaya çatdırılıblar. Ata və qızı reanimasiyada koma vəziyyətində olub. Bu hadisə nəticəsində 21 nəfər, o cümlədən hadisə yerinə ilk çatan Nik Beyli adlı polis əməkdaşı da zəhərlənib.

Britaniya hökuməti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Moskvanı ittiham edib.

Rusiya tərəfi isə ittihamları qəti şəkildə rədd edib, amma istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi