Şimali Kiprdə 17 gündür yeni yoluxma faktı qeydə alınmayıb

Şimali Kiprdə 17 gündür yeni yoluxma faktı qeydə alınmayıb Şimali Kipr Türk Respublikasında (ŞKTR) koronavirus pandemiyası ilə bağlı vəziyyət müsbətə doğru gedir.
Region
5 May , 2020 10:28
Şimali Kiprdə 17 gündür yeni yoluxma faktı qeydə alınmayıb

Şimali Kipr Türk Respublikasında (ŞKTR) koronavirus pandemiyası ilə bağlı vəziyyət müsbətə doğru gedir.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, ölkədə 17 gündür yeni yoluxma halı qeydə alınmayıb.

ŞKTR-nin bu yöndə uğurlu nəticələr qazanması pandemiya ilə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlərin də ləğv edilməsinə yol açıb.

Belə ki, sadəcə 1 aktiv xəstənin olduğu Şimali Kiprdə restoran, otel, gözəllik salonları və bərbərxanaların fəaliyyətinin bərpasına icazə verilib.

Xatırladaq ki, ŞKTR-də indiyədək 108 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 4 nəfər vəfat edib.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi təmsilçiliyi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi