Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) II İqtisadi Forumu avqustun 16-17-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyi məlumat yayıb.
Forum çərçivəsində plenar iclas, panel müzakirələri və ikitərəfli görüşlər də baş tutacaq.
Xatırladaq ki, ŞƏT 2001-ci ildə Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Özbəkistan tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır. ŞƏT-də müşahidəçi ölkələr sırasına Əfqanıstan, Belarus və Monqolustan daxildir. Təşkilatın tərəfdaş ölkələri isə Ermənistan, Azərbaycan, Kamboca, Nepal, Şri-Lanka və Türkiyədir. 2021-ci ilin sentyabrında Düşənbədə keçirilən sammitdə İran da ŞƏT-ə üzv qəbul olunub, bu il isə Belarus təşkilata tamhüquqlu üzv kimi daxil olmaq üçün müraciət edib.