Serj Sarqsyanın qardaşı xüsusi məsələlər üzrə səfir vəzifəsindən azad edilib

Serj Sarqsyanın qardaşı xüsusi məsələlər üzrə səfir vəzifəsindən azad edilib Bakı. 2 oktyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarqsyanın qardaşı Levon Sarqsyanı xüsusi məsələlər üzrə səfir vəzifəsindən azad edib.
Region
2 Oktyabr , 2018 17:54
Serj Sarqsyanın qardaşı xüsusi məsələlər üzrə səfir vəzifəsindən azad edilib
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarqsyanın qardaşı Levon Sarqsyanı xüsusi məsələlər üzrə səfir vəzifəsindən azad edib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, Levon Sarqsyanın oğlu Narek və qızı Ani barəsində MDB üzrə beynəlxalq axtarış elan edilmişdi. 

Onlar qanunsuz varlanmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və saxta sənədlər düzəltməkdə ittiham edilirlər. İstintaq məlumatına əsasən, Levon Sarqsyan 6,8 milyon dollarlıq gəlirini vergi bəyannaməsindən gizlədib.

Ermənistan KİV-inin məlumatına görə, onlar Rusiya ərazisindədirlər.

Məhkəmə keçmiş prezidentin qardaşı barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçib. Sentyabrın 6-da isə Ani Sarqsyan könüllü olaraq istintaq orqanlarına təslim olub. 

Son xəbərlər

Orphus sistemi