Serj Sarqsyanın qardaşı oğlu qətlə cəhddə şübhəli bilinir

Region
  • 05 iyul, 2018
  • 11:24
Serj Sarqsyanın qardaşı oğlu qətlə cəhddə şübhəli bilinir

Bakı. 5 iyul. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu Hayk Sarqsyan qətlə cəhddə şübhəli bilinir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkə İstintaq Komitəsinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Hayk Qevondyan Yerevan sakini David Simonyana odlu silahdan atəş açaraq onu yaralamqda ittiham olunur. Hadisə 2007-ci il aprelin 1-də baş verib. Həmin gün David Simonyan odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə bağlı xəstəxanaya yerləşdirilib. Ancaq istintaqın gedişində məlum olub ki, Simonyanı A.Qevondyan deyil, Serj Sarqsyanın 1984-cü il təvəllüdlü qardaşı oğlu Hayk öldürmək istəyib. Onun iştirakı ilə istintaq tədbiri, o cümlədən üzləşmə keçirilib.