Serj Sarqsyan müayinə olunmaq üçün İtaliyaya gedib

Region
  • 24 iyul, 2018
  • 10:44
Serj Sarqsyan müayinə olunmaq üçün İtaliyaya gedib

Bakı. 24 iyul. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sarqsyan Avropaya səfər edib.

“Report” “Joxovurd”a istinadən xəbər verir ki, o, hazırda İtaliyadadır.

Məlumata görə, S.Sarqsyan İtaliyada tibbi müayindən keçəcək. Sabiq dövlət başçısının bu ölkədə 10 gün qalacağı ehtimal edilir.

Ermənistan Respublikaçılar Partiyasının sözçüsü, təşkilatın parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryan S.Sarqsyanın səhəttində problem olub-olmaması ilə bağlı sualı cavablandırmayıb.