Sergey Lavrov: "Rusiyanın Ermənistandakı bazası İŞİD-ə qarşı mübarizəyə hazırdır"

Sergey Lavrov: "Rusiyanın Ermənistandakı bazası İŞİD-ə qarşı mübarizəyə hazırdır" "KTMT üzvü olan ölkələrin güc bölmələri İŞİD-ə qarşı fəaliyyətə keçmək üçün daimi hazır vəziyyətdədir"
Region
5 May , 2017 16:02
Sergey Lavrov: Rusiyanın Ermənistandakı bazası İŞİD-ə qarşı mübarizəyə hazırdır

Bakı. 5 may. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov terrorçuların təslim olmaq istəməməsinə baxmayaraq, İŞİD terror qruplaşmasının axırına çıxacaqlarına söz verib.

"Report" xəbər verir ki, o, bu barədə "Mir 24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, KTMT üzvü olan ölkələrin güc bölmələri İŞİD-ə qarşı fəaliyyətə keçmək üçün daimi hazır vəziyyətdədir.

"Rusiyanın Tacikistan, Qırğızıstan və Ermənistanda yerləşən bazaları da hazırdır. Hamını narahat edən "yoluxucu xəstəlik" məhv edilməyincə, bu, prioritet olaraq qalacaq", - Rusiya XİN başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi