Səhiyyə Nazirliyi: Qudauridəki hadisədə xəsarət alan 8 yaralı hazırda xəstəxanada müalicə olunur
Region
- 17 mart, 2018
- 06:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 mart. REPORT.AZ/ Gürcüstanın Qudauri bölgəsindəki dağ-xizək kurortunda baş vermiş hadisə nəticəsində xəsarət alan 8 yaralı xəstəxanadadır.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Qəzadan sonra, ümumilikdə, 11 nəfər xəstəxanaya yerləşdirilib, üç nəfərə isə ambulator tibbi yardım göstərilib. Səkkiz nəfər reanimasiya avtomobilləri və helikopterlə paytaxt xəstəxanalarına aparılıb.
Xəsarət alanlar arasında Ukrayna, Rusiya vətəndaşları, həmçinin isveçli hamilə qadın da var.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Gudauri hadisəsinin günahkarlarının cəzalandırılacağını bildirib.
Минздрав Грузии: В больницах остаются восемь пострадавших в Гудаури
Georgian Ministry of Health: 8 injured in ski-lift accident in Gudauri stay in hospitals
Son xəbərlər
11:46
Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib
Digər ölkələr
11:42
Foto
Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib - Yenilənib
Xarici siyasət
11:38
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
Futbol
11:24
Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib
Milli Məclis
11:23
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Digər ölkələr
11:21
"Marafon" komandası Azərbaycan Kubokunda ilkə imza atıb
Futbol
11:18
Azərbaycan Kubokunda daha bir məhsuldarlıq rekordu qeydə alınıb
Futbol
11:17
Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb"
ASK
11:16
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi icra ediləcək
ASK