Səddam Hüseynin mühafizəçisinin meyiti Türkiyədə yaşadığı evdə aşkarlanıb

Səddam Hüseynin mühafizəçisinin meyiti Türkiyədə yaşadığı evdə aşkarlanıb Bakı. 24 oktyabr. REPORT.AZ/ Türkiyənin Şanlıurfa əyalətində İraqın keçmiş prezidenti Səddam Hüseynin mühafizəçisi olmuş Adnan Jerri Shmailin meyiti aşkarlanıb.
Region
24 Oktyabr , 2018 14:28
Səddam Hüseynin mühafizəçisinin meyiti Türkiyədə yaşadığı evdə aşkarlanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Türkiyənin Şanlıurfa əyalətində İraqın keçmiş prezidenti Səddam Hüseynin mühafizəçisi olmuş Adnan Jerri Shmailin meyiti aşkarlanıb. 

“Report” “thmhaber”ə istinadən xəbər verir ki, 68 yaşlı keçmiş cangüdənin meyitini yaxınları tapıblar.  

O, Şanlıurfa əyalətinin Mərkəzi Haliliyə rayonunun Veysel Karani məhəlləsində yaşayırmış. Adnan Jerri Shmailin meyiti buradakı evindən aşkarlanıb.  

Məlumata görə, İraqın keçmiş lideri Səddam Hüseyn edam edildikdən sonra A.J.Shmaili ailəsi ilə birlikdə Türkiyəyə köçübmüş. 

Son xəbərlər

Orphus sistemi