Sarqsyanın üzünə durmayan keçmiş mer tutulub

Sarqsyanın üzünə durmayan keçmiş mer tutulub Sarqsyan iri məbləğdə dövlət əmlakını mənimsəməkdə ittiham olunur
Region
6 Avqust , 2020 14:11
Sarqsyanın üzünə durmayan keçmiş mer tutulub

Yerevanın keçmiş meri, Ermənistanın İctimai xidmətin tənzimlənməsi üzrə komissiyanın sabiq başçısı Robert Nazaryan tutulub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyan bildirib.

Onun sözlərinə görə, keçmiş mer cinayət işlərindən biri çərçivəsində saxlanılıb: “Hadisə ilə bağlı ətraflı məlumat veriləcək”.

Ermənistan KİV-ləri yazır ki, bir müddət əvvəl Nazaryan keçmiş prezident Serj Sarqsyana qarşı ifadə verməkdən imtina etmişdi. Sarqsyan iri məbləğdə dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Nazaryan 1996-2003-cü illərdə müxtəlif vəzifələrdə, Yerevanın meri və Ermənistanın energetika nazirinin müavini işləyib. 2003-2018-ci illərdə isə Ermənistanın İctimai xidmətin tənzimlənməsi üzrə komissiyanın sabiq başçısı olub.

Son xəbərlər

Orphus sistemi