Salome Zurabişvili: Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil

Region
  • 30 noyabr, 2018
  • 03:26
Salome Zurabişvili: Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil

Bakı. 30 noyabr. REPORT.AZ/ Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili hesab edir ki, hazırda Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil.

“Report” xəbər verir ki, siyasətçi bunu BBC-nin Rusiya bürosuna müsahibəsində deyib.

"Nə qədər ki, Rusiya özünü indiki kimi aparır…bütün bunların bizim indi əməkdaşlığa gedə biləcəyimizi ehtiva etdiyini düşünmürəm", - deyə Zurabişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan, Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, o da, kənarda qalmayacaq.

Bu həftə Gürcüstanda keçirilən prezident seçkilərində ölkə tarixində ilk dəfə olaraq qadın namizəd qalib gəlib. Hakim "Gürcüstan arzusu" partiyasından irəli sürülən Salome Zurabişvili seçicilərin 59,52 faizinin səsini toplayıb.