Gürcüstan Prezidenti: "Avropa İttifaqında Böyük Britaniyanı Gürcüstan əvəzləməlidir"
- 05 aprel, 2019
- 11:43
Yeniliklərdən dərhal xəbərdar olun!
"Gürcüstan Avropaya inteqrasiya prosesini inkişaf etdirərək Avropa İttifaqı (Aİ) üzvlüyünə nail olmaq üçün Böyük Britaniyanın Aİ-ni tərk etməsindən istifadə etməlidir".
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu “Bloomberg”ə Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.
“Mövcud vəziyyətə baxıb mümkün qədər ondan faydalanmaq niyyətindəyik”, - deyən dövlət başçısı Avropaya doğru ardıcıl olaraq irəliləyən bir ölkəyə Avropadan getdikcə uzaqlaşan ölkədən daha ögey münasibətin məntiqli olmadığını diqqətə çatdırıb.
“Avropa daim ciddi böhranlar sayəsində müvəffəqiyyətlərə nail olub”, - deyən Gürcüstan Prezidenti Aİ qapısını açmaq üçün “Brexit”in yaratdığı fürsətdən yararlanmağın vacibliyini dilə gətirib.