Sabahdan Türkiyədə komendant saatı tətbiq ediləcək

Sabahdan Türkiyədə komendant saatı tətbiq ediləcək Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində Zonquldağ vilayətində və ölkənin 30 şəhərində sakinlərin 48 saat ərzində evlərindən çıxışına qadağanın qoyulması barədə qərar qəbul edib.
Region
4349
10 Aprel , 2020 23:20
Sabahdan Türkiyədə komendant saatı tətbiq ediləcək

Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində Zonquldağ vilayətində və ölkənin 30 şəhərində sakinlərin 48 saat ərzində evlərindən çıxışına qadağanın qoyulması barədə qərar qəbul edib.

“Report”un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilir ki, 11 aprel saat 00:00-dan 13 aprel saat 00:00-a Zonquldağda və 30 şəhərdə (Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbəkır, Ərzurum, Eskişehir, Qaziantep, Hatay, İstanbul, İzmir, Qəhrəmanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van) sakinlərin küçəyə çıxmasına qadağa qoyulur. 

Son xəbərlər

Orphus sistemi