Saakaşvili Poroşenko ilə razılığa gəlməyin zəruri olduğunu bildirib

Saakaşvili Poroşenko ilə razılığa gəlməyin zəruri olduğunu bildirib Biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik
Region
16 Dekabr , 2017 04:41
Saakaşvili Poroşenko ilə razılığa gəlməyin zəruri olduğunu bildirib

Bakı. 16 dekabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili bildirib ki, Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Pyotr Poroşenko ilə razılığa gəlmək lazımdır.

"Report" xəbər verir ki, onun sözlərini "NewsOne" nəşri sitat gətirib.

"Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik", — deyə Saakaşvili əlavə edib.

O həmçinin qeyd edib ki, Poroşenkonu "düşmənlə əlbir olmaqda" ittiham etmir.

Son xəbərlər

Orphus sistemi