Mixeil Saakaşvili: “Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir”

Mixeil Saakaşvili: “Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir” Bakı. 6 fevral. REPORT.AZ/ Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir.
Region
6 Fevral , 2019 19:49
Mixeil Saakaşvili: “Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir”
Mixeil Saakaşvili

Bakı. 6 fevral. REPORT.AZ/ "Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir".

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını “Facebook” səhifəsində belə dəyərləndirib.

“Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq”, - deyə o yazıb.

Bildirilib ki, Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən, buraxılış məntəqələri Abxaziya və Cənubi Osetiya ərazilərində qoyulacaq. Məntəqənin işini İsveçrənin SGS şirkəti təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi