Rustavinin maşın bazarında yanğın, avtomobillər külə dönüb - YENİLƏNİB

Rustavinin maşın bazarında yanğın, avtomobillər külə dönüb - YENİLƏNİB Gürcüstanın Rustavi şəhərində yerləşən avtomobil bazarında yanğın olub.
Region
6 İyun , 2021 15:50
Rustavinin maşın bazarında yanğın, avtomobillər külə dönüb - YENİLƏNİB

Rustavinin maşın bazarında baş vermiş yanğın söndürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Bildirilib ki, alov bir neçə avtomobili bürüyüb.

Hadisə yerinə cəlb olunan 8 yanğınsöndürmə briqadası yanğının daha geniş əraziyə yayılmasının qarşısını vaxtında ala bilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

15:23

Gürcüstanın Rustavi şəhərində yerləşən avtomobil bazarında yanğın olub.

“Report”un yerli bürosu xəbər verir ki, yaxınlıqdakı qida obyektində baş verən yanğın bazardakı nəqliyyat vasitələrinə keçib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın artıq lokallaşdırılıb.

İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur.

Hadisə zamanı 20-yə yaxın avtomobilin yandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi