Rusiyaya gedə bilməyən ermənilər Yerevanda aclıq aksiyası keçirirlər

Rusiyaya gedə bilməyən ermənilər Yerevanda aclıq aksiyası keçirirlər Onlar bildirib ki, Ermənistanda işsizlik səbəbindən ailələrini dolandıra bilmirlər və Rusiyada işləməklə güzəranlarını təmin edirlər
Region
23 Sentyabr , 2020 10:07
Rusiyaya gedə bilməyən ermənilər Yerevanda aclıq aksiyası keçirirlər
0 : 00
0 : 00

Rusiyaya getmək istəyən ermənilər Yerevanda hökumət binasının qarşısında aclıq aksiyasına başlayıblar.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armenii - NEWS.am” yayıb.

Aksiya iştirakçıları Rusiyanın Ermənistan vətəndaşları üçün sərhədi açmasını tələb edirlər. Onlar bildirib ki, Ermənistanda işsizlik səbəbindən ailələrini dolandıra bilmirlər və Rusiyada işləməklə güzəranlarını təmin edirlər.

Qeyd edək ki, son həftələr Ermənistan vətəndaşları ölkə parlamenti və hökumət binasının qarşısında davamlı olaraq etiraz aksiyası keçirirlər. Ancaq onların problemi həll edilmir. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan sərhədin oktyabrın 8-9-da açılacağını bildirib. Ancaq Rusiya tərəfi hələ bu barədə heç bir açıqlama yaymayıb.

Son xəbərlər

Orphus sistemi