Rusiyanın “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb

Rusiyanın “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb Qeyd edək ki, bir “MiQ-31”in qiyməti 35 milyon dollardır
Region
26 Aprel , 2017 14:13
Rusiyanın “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyanın Zabaykal diyarının Çita rayonunda “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, təyyarə Çitadan 120 km aralıda yerləşən əraziyə düşüb. Qırıcının göyərtəsində iki pilot olub. Onların vəziyyəti müəyyənləşdirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qırıcı Buryatiyanın Telemba hərbi poliqonuna düşüb və hər iki təyyarəçi sağdır. İlkin məlumata əsasən, onlar katapultasiya ediblər.

Qeyd edək ki, qeyri-rəsmi mənbələr bir “MiQ-31”in qiymətinin 35 milyon dollar olduğunu bildirirlər. 

Son xəbərlər

Orphus sistemi