Rusiyanın Ermənistandakı hərbi bazasının yaxınlığında keçmiş hərbçi döyülüb

Region
  • 27 mart, 2018
  • 16:10
Rusiyanın Ermənistandakı hərbi bazasının yaxınlığında keçmiş hərbçi döyülüb

Bakı. 27 mart. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının yaxınlığında 39 yaşlı keçmiş hərbçi Artaşes M. döyülərək ağır xəsarət alıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gümrü Rayon Tibb Mərkəzinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Artaşes M. Gümrü sakinidir.

Hadisə ilə bağlı cinayət işi açılıb.