Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, 2015-ci il ölkəsi üçün indikindən də ağır keçəcək.
"Report" BBC-yə istinadən xəbər verir ki, o, ötən 20 ildə daha çətin vaxtların olduğunu əlavə edib.
"Yola salacağımız il çətin oldu. Qarşıdan gələn il isə daha ağır olacaq. Hökumət, həmkarlar təşkilatları və işəgötürənlər əhalimizin ən azı rahat yaşaması üçün əllərindən gələni etməlidir", - D.Medvedev deyib.