Rusiyalı ekspert: "Ermənistan bütün problemlərə nöqtə qoymalıdır"

Rusiyalı ekspert: "Ermənistan bütün problemlərə nöqtə qoymalıdır" Türkiyə ilə Ermənistan arasında münasibətlər yoluna qoyulsa, Ermənistan məğlub tərəf kimi güzəştə getməli olacaq.
Region
14 Dekabr , 2021 17:19
Rusiyalı ekspert: Ermənistan bütün problemlərə nöqtə qoymalıdır

"Türkiyə ilə Ermənistan arasında münasibətlər yoluna qoyulsa, Ermənistan məğlub tərəf kimi güzəştə getməli olacaq".

Bunu “Report”un Rusiya bürosuna rusiyalı şərqşünas və türkoloq Yuriy Mavaşev Türkiyə ilə Ermənistan arasında münasibətlərin yoluna qoyulması ehtimalını şərh edərkən bildirib.

“Siyasətin reallığı qaliblər və məğlublar olduğunu ehtiva edir. Şəxsən mən Türkiyənin Azərbaycanın mövqeyilə üst-üstə düşən mövqeyindən geri çəkilə biləcəyini təsəvvür etmirəm. Münasibətlərin sahmana salınmasından danışmaq hələlik çətin olsa da, Türkiyə tərəfi Ermənistanla münasibətləri düzəltməyə çalışır. Lakin sülh sazişi, bütün problemlərə nöqtə qoymaq Türkiyə ilə Azərbaycana yox, Ermənistana lazımdır. Bakı isə bu nöqtəni artıq qoyub” – deyən ekspert qeyd edib ki, hələlik Ankara ilə İrəvan arasında münasibətlərin normaya düşməsinə dəlalət edən faktlar cüzidir: “Hələlik daha çox ümidlər barədə danışırıq. Təyyarə uçuşlarının bərpası müsbət haldır, amma mövcud problemlərin siyasi həllini əvəz etmir”.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan hökumətlərinin münasibətləri tənzimləmək üçün xüsusi nümayəndə təyin edə biləcəkləri, Türkiyədən Ermənistana çarter uçuşları reallaşdırılacağı haqda xəbərlər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi