Rusiyada zavodda partlayış olub, ölən və yaralanan var

Region
  • 06 may, 2019
  • 07:14
Rusiyada zavodda partlayış olub, ölən və yaralanan var

Rusiyanın Perm diyarında “Azot” zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə mayın 6-da Berezniki şəhərində baş verib.

Regonun Səhiyyə İdarəsinin mətbuat xidmətindən bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır. 

Partlayışın səbəbi barədə məlumat yayılmayıb.