Rusiyada turist avtobusunun aşması nəticəsində onlarla insan xəsarət alıb - YENİLƏNİB - VİDEO

Region
  • 06 oktyabr, 2019
  • 08:13
Rusiyada turist avtobusunun aşması nəticəsində onlarla insan xəsarət alıb - YENİLƏNİB - VİDEO

Rusiyanın Nijeqorodsk vilayətində turistləri daşıyan avtobusun aşması nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hаllаr Nazirliyinin vilayət üzrə bölməsi məlumat yayıb. 

Qeyd edək ki, hadisə Qaqinsk rayonunda, Panovo-Osanovo kəndi yaxınlığında qeydə alınıb. Qəzaya sürücünün dönmə zamanı nəqliyyat vasitəsinə idarətməni itirməsi səbəb olub.

Qeyd edilir ki, hadisə zamanı avtobusda 29 nəfər olub.


***12:02

Rusiyada xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Nijeqorodsk vilayətində qeydə alınıb.

Belə ki, turistləri daşıyan avtobus Qaqinsk rayonunda, Panovo-Osanovo kəndi yaxınlığında aşıb. Hadisə zamanı azı 10 nəfər xəsarət alıb.

İlkin məlumata görə, qəzaya sürücünün dönmə zamanı nəqliyyat vasitəsinə idarətməni itirməsi səbəb olub.

Qeyd edilir ki, hadisə zamanı avtobusda 29 nəfər olub.

44 - Tezliklə