Rusiyada təyyarə qəzası olub, 4 nəfər ölüb, 11 nəfər yaralanıb - VİDEO

Rusiyada təyyarə qəzası olub, 4 nəfər ölüb, 11 nəfər yaralanıb - VİDEO Qəzanın səbəbi araşdırılır
Region
19 Dekabr , 2017 13:48
Rusiyada təyyarə qəzası olub, 4 nəfər ölüb, 11 nəfər yaralanıb - VİDEO

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın Nene Muxtar Dairəsinin mərkəzi Naryan-Mare şəhərində “An-2” yüngül mühərrikli təyyarənin qəzaya düşməsi nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qəza təyyarə havaya qalxarkən baş verib.

“An-2”nin göyərtəsində 13 sərnişin və iki pilot olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi