Hərbi hissədən qaçan əsgər ölü halda tapılıb - YENİLƏNİB
- 29 mart, 2019
- 08:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Tver vilayətində hərbi hissədən silahla qaçan sıravi əsgər ölü halda tapılıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qərb Hərbi Dairəsinin məlumatına görə, fərarinin meyiti qeyri-yaşayış binaların birində tapılıb. Onun yanında silah və döyüş sursatı da olub.
***10:48
Rusiya Silahlı Qüvvələrində xidmət edən sıravi əsgər Tver vilayətinin Rjev şəhərində yerləşən hərbi hissənin ərazisindən silahla qaçıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, sıravi əsgər Rjevdəki Hava Kosmik Qüvvələrinin 6-cı briqadasından "Kalaşnikov" avtomatı, dəbilqə, zirehi gödəkçə, 100-dən çox patron və süngü-bıçaqla qaçıb.
Qeyd olunur ki, hərbi hissənin şəxsi heyəti artıq həyəcan siqnalı ilə ayağa qaldırılıb, hazırda fərarinin axtarışı aparılır, polis əməkdaşları axtarışda hərbçilərə yardım göstərirlər.