Bakı. 26 dekabr. REPORT.AZ/ Rusiyanın
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, əsas məqsəd 2050-ci ilədək tütün məmulatlarının istifadəsini tədricən azaltmaqdır.
Səhiyyə Nazirliyi bu məmulatın mərhələli şəkildə dövriyyədən çıxarılması məsələsini də nəzərdən keçirir.
Bildirilib ki, 2016-cı ildə Rusiya əhalisinin, təxminən, 1/3-i, yəni 40 milyondan çoxu siqaret çəkib. Nazirliyin hesablamasına əsasən, 2040-2050-ci ilədək tütün məmulatlarının satışının dayandırılması üçün bu zərərli vərdişə aludə olan vətəndaşların sayı 5 faizə endirilməlidir. Səhiyyə Nazirliyinin 2025-ci ilədək hədəfi tütün məmulatları istehlakçlarının sayının Rusiya üzrə 25 faizədək azaltmaqdır.
Qeyd edək ki, Rusiyada 2013-cü ildə tütün əleyhinə qanun qəbul olunub.