Rusiyada silah anbarının mühafizəçilərinə qumbara atılıb, bir hərbçi yaralanıb
Region
- 21 may, 2018
- 09:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 may. REPORT.AZ/ Rusiyanın Samara şəhərində silah anbarının mühafizəçilərinə hücum olub.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin regional idarəsinin nümayəndəsi deyib.
Hücum edən şəxsin ad-soyadı açıqlanmasa da, onun 34 yaşı olduğu bildirilib.
Məlumata görə, həmin kişi əsgərlərin xidmət etdikləri silah anbarına yaxınlaşıb. Mühafizəçilər ondan ərazini tərk etməyi tələb ediblər. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Həmin kişi hərbçilərin üzərinə “F-1” döyüş qumbarası atıb. Hərbçilərdən biri qəlpə yarası alıb.
Hücum edən şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin iki nəfəri öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
13:02
Sabah Azərbaycanda yağış yağacaq
Ekologiya
13:00
Tbilisi-Bakı qatarına bilet tapmaq nə dərəcədə rahatdır? - Araşdırma
İnfrastruktur
12:58
Agentlik rəsmisi: Azərbaycanda hazırda reklamların 70%-i xarici dildədir
Daxili siyasət
12:57
Azərbaycanda fermerlərə bu il 254 milyon manat əkin subsidiyası ödənilib
ASK
12:56
Si Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Digər ölkələr
12:54
Albaniyalı ekspert: "Süni intellekt milli təhlükəsizlik qərarlarına görə məsuliyyət daşıya bilməz"
İKT
12:54
Tramp: Putinlə Ukraynadakı münaqişənin başa çatmasını istəyirik
Digər
12:47
Foto
İspaniyadan Azərbaycana gətirilən 300 kiloqrama yaxın dondurulmuş qida məhsulunda kif aşkarlanıb
Sağlamlıq
12:44
Putin: Rusiya, ABŞ və Çin regional münaqişələrin həllində ortaq maraqlara malikdir
Digər