Bakı. 20 iyun. REPORT.AZ/ İyunun 19-da Rusiyanın Kareliya Respublikasında yerləşən Syamozero gölündə səyahət zamanı göyərtəsində 47 nəfərin olduğu üç qayığın fırtınaya düşməsi nəticəsində 13 uşaq ölüb, 1 azyaşlı itkin düşüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə faciə nəticəsində 15 uşağın ölməsi faktını təkzib edən respublika rəhbəri Aleksandr Xudilaynen məlumat verib.
"13 uşaq ölüb, 14-cü hələ tapılmayıb", — deyə o bildirib.
O, uşağın axtarışlarının davam etdirildiyini əlavə edib.