​Rusiyada qanadlı raket yaşayış evinin üstünə düşüb

​Rusiyada qanadlı raket yaşayış evinin üstünə düşüb Raketin hissələri üçmərtəbəli yaşayış binasının üstünə düşüb və yanğıən baş verib
Region
141
16 Dekabr , 2015 10:37
​Rusiyada qanadlı raket yaşayış evinin üstünə düşüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiyanın Arxangelsk vilayətinin Nenoks yaşayış məntəqəsi yaxınlığına qanadlı raket düşüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə qanadlı raketin sınağı keçirilən zaman baş verib. Raket nəzərdə tutulan istiqamətdən çıxaraq, yaşayış məntəqəsi yaxınlığında partlayıb. Raketin hissələri üçmərtəbəli yaşayış binasının üstünə düşüb və yanğın baş verib. Binanın sakinləri təxliyə ediliblər.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi