Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib

Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir
Region
120
18 Mart , 2018 00:11
Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib

Bakı. 18 mart. REPORT.AZ/ Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.

Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir.

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.

Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezidenti postuna 8 namizəd iddia edir.

Orphus sistemi