Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Federasiya Şurası bu gün keçirilən plenar iclasda Rusiyada prezident seçkilərinin tarixini rəsmən gələn il martın 18-nə təyin edib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Yuxarı Palata müvafiq qərarı qəbul edib və bu, rəsmi dərc edildiyi andan qüvvəyə minəcək.
Başqa sözlə, Rusiyada faktiki olaraq prezident seçkiləri kampaniyası başlayıb.