Rusiyada partlayış nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var

Rusiyada partlayış nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var Rusiyanın Nijeqorod əyalətində partlayışın baş verdiyi və bir neçə mənzilin dağıldığı yaşayış binasının dağıntıları altında körpənin meyiti tapılıb
Region
20 Aprel , 2021 03:57
Rusiyada partlayış nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var

Rusiyanın Nijeqorod əyalətində partlayışın baş verdiyi və bir neçə mənzilin dağıldığı yaşayış binasının dağıntıları altında uşağın meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Daha əvvəl bildirilib ki, Dalnıykonstantinovsk rayonunda evdə qaz sızmasından partlayış baş verib, xilasedicilər dağıntıların altında uşağı axtarırlar.

"Saat 2:25-də (Bakı vaxtı ilə saat 3:25-də) həlak olmuş uşağın meyiti tapılıb", - xəbərdə deyilir.

Qeyd edək ki, hadisə üçmərtəbəli yaşayış binasında olub. İkinci və üçüncü mərtəbədə dörd mənzil qismən dağılıb və yanğın başlayıb. Yerli vaxtla saat 1:05-də (Bakı vaxtı ilə saat 2:05-red) yanğın söndürülüb. FHN hadisə zamanı yeddi nəfərin zərər çəkməsi haqqında bildirib. Onlardan dördü böyük, üçü uşaqdır. Daha bir uşağın taleyi naməlum idi.

Son xəbərlər

Orphus sistemi