Rusiyada pandemiya qurbanlarının sayı 17 minə çatır

Rusiyada pandemiya qurbanlarının sayı 17 minə çatır Rusiyada son bir gündə daha 4 711 nəfərə COVID-19 diaqnozu qoyulub
Region
27 Avqust , 2020 11:33
Rusiyada pandemiya qurbanlarının sayı 17 minə çatır

Rusiyada son bir gündə daha 4 711 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 975 576 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 121 nəfər artaraq 16 804-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 792 561 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 637 nəfər.

Son xəbərlər

Orphus sistemi