Rusiyada ölkəyə girişin qadağan edilməsi üçün siyahı genişləndirilə bilər

Rusiyada ölkəyə girişin qadağan edilməsi üçün siyahı genişləndirilə bilər Bakı. 6 mart. REPORT.AZ/ Rusiyaya girişin qadağan edilməsi üçün əsaslar siyahısı terror təşkilatlarına yardım etməkdə şübhəli bilinən əcnəbilərin hesabına genişləndirilə bilər.
Region
6 Mart , 2018 10:49
Rusiyada ölkəyə girişin qadağan edilməsi üçün siyahı genişləndirilə bilər

Bakı. 6 mart. REPORT.AZ/ Rusiyaya girişin qadağan edilməsi üçün əsaslar siyahısı terror təşkilatlarına yardım etməkdə şübhəli bilinən əcnəbilərin hesabına genişləndirilə bilər.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti yazıb.

Nəşrin məlumatına görə, terrorçuluğun maliyyələşdirilməsi və ya çirkli pulların yuyulması şübhəsi ilə bağlı hesabları dondurulmuş xarici vətəndaşların Rusiyaya girişinin qadağan edilməsini müəyyənləşdirən sənəd Dövlət Dumasında ilk oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd olunub ki, bu siyahıya daxil edilmək üçün məhkəmə qərarları tələb olunmur. Həmçinin gələcəkdə məhz bu siyahı Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Qurumlararası Komissiyanın vəsait və əmlakın bloklaşmasına dair qərarına əsas olacaq.

Son xəbərlər

Orphus sistemi