Rusiyada "Naftoqaz Ukrainı" şirkətinin keçmiş prezidenti saxlanılıb

Rusiyada "Naftoqaz Ukrainı" şirkətinin keçmiş prezidenti saxlanılıb İqor Bakay 12 milyon dollarlıq mənimsəmədə şübhəli bilinir
Region
31 Oktyabr , 2017 19:05
Rusiyada Naftoqaz Ukrainı şirkətinin keçmiş prezidenti saxlanılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Naftoqaz Ukrainı" şirkətinin keçmiş prezidenti İqor Bakay saxlanılıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, Moskvada dağ-metallurgiyası üzrə fəaliyyət göstərən və Alişer Usmanova məxsus "Metalloinvest Limited." şirkətindən 12 milyon dollarlıq mənimsəmədə şübhəli bilinir.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk jurnalistlərə polisin Federal Təhlükəsizlik Xidməti ilə birlikdə əməliyyat keçirdiyini təsdiqləsə də, ancaq saxlanılan şəxsin kimliyini açıqlamayıb. 

Son xəbərlər

Orphus sistemi