Rusiyada müdafiə sənayesi zavodunun baş direktoru intihar edib

Region
  • 31 mart, 2017
  • 11:55
Rusiyada müdafiə sənayesi zavodunun baş direktoru intihar edib

Bakı. 31 mart. REPORT.AZ/ Rusiyanın "Salyut" müdafiə sənayesi zavodunun baş direktoru Nikolay Porollonun meyiti bu gün səhər Samaradakı evində aşkar edilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə regionun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"İlkin məlumatlara görə, bu, intihardır", - mənbə vurğulayıb.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

44 filmi