Rusiyada müdafiə zavodundakı partlayışda ölənlərin sayı 5 nəfərə çatıb

Rusiyada müdafiə zavodundakı partlayışda ölənlərin sayı 5 nəfərə çatıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiyada partlayış baş vermiş Sverdlov adına müdafiə zavodunda dağıntıların təmizlənməsi zamanı daha iki nəfərin meyiti aşkarlanıb və bununla da hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Region
3 Sentyabr , 2018 11:30
Rusiyada müdafiə zavodundakı partlayışda ölənlərin sayı 5 nəfərə çatıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiyada partlayış baş vermiş Sverdlov adına müdafiə zavodunda dağıntıların təmizlənməsi zamanı daha iki nəfərin meyiti aşkarlanıb və bununla da hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Nijni Novqorod vilayəti üzrə idarəsindən bildirilib.

Xatırladaq ki, Nijni Novqorod vilayətindəki böyük müdafiə müəssisəsində partlayış bu il avqustun 31-də baş verib. Partlayış nəticəsində, təqribən, 100 kvadratmetr ərazidə yanğın baş verib.

Son xəbərlər

Orphus sistemi