Rusiyada mənzildə partlayış olub, maliyyə nazirinin keçmiş köməkçisi ölüb
Region
- 17 noyabr, 2021
- 07:35
Rusiyanın Volqoqrad şəhərində yaşayış evində baş verən partlayış nəticəsində maliyyə nazirinin keçmiş köməkçisi Mixail Korobkin ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, yerli təcili yardım xidməti faktı təsdiqləyib.
“İlkin olaraq müəyyən edilib ki, Sovetsk rayonunda yenidənqurma işləri aparılarkən detonasiya baş verib. Ölən kişinin şəxsiyyəti müəyyən edilib. Bu təqaüdçü Mixail Korobkindir”, - müstəntiq bildirib.
Partlayış baş verən mənzil köməkçiyə məxsus olub.
Məlumata görə, hadisə yerindən İkinci Dünya müharibəsi dövrünə aid güllələr və barıt aşkarlanıb. M.Korobkin silah kolleksioneri imiş.
Güc strukturları hadisə ilə bağlı hələ açıqlama verməyiblər.
Son xəbərlər
10:04
Orxan Məmmədov: "Azərbaycanda heç bir kiçik biznes geridə qalmamalıdır"
Biznes10:03
Azərbaycan XİN Polşanı təbrik edib
Xarici siyasət10:01
Abşeronda üzərinə mərmər daşı düşən kişi ölüb
Hadisə10:00
Azərbaycan klubu Çelenc Kubokunda ilk matçına bu gün çıxacaq
Komanda09:59
Bakıda hamamda yıxılan 86 yaşlı qadın ölüb
Hadisə09:55
Bu ilin 10 ayında 78 stomatoloji klinikada yoxlama keçirilib, 72-də nöqsanlar aşkarlanıb
Sağlamlıq09:54
"Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" adını və təşkilati-hüquqi formasını dəyişir
ASK09:53
Bakının üç rayonunun bəzi ərazilərinin qazı kəsiləcək
Energetika09:47