Rusiyada koronavirusa gündəlik yoluxmada rekord qeydə alındı

Rusiyada koronavirusa gündəlik yoluxmada rekord qeydə alındı Rusiyada son sutka ərzində təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 15 150 vahid artıb.
Region
16 Oktyabr , 2020 13:06
Rusiyada koronavirusa gündəlik yoluxmada rekord qeydə alındı

Rusiyada son sutka ərzində təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 15 150 vahid artıb. Bu, pandemiya dövründə maksimum gündəlik artımdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın koronavirusa qarşı mübarizə üzrə operativ qərargahından məlumat verilib.

Son gündə Rusiyada koronavirus səbəbindən ölənlərin sayı 232 nəfər olub. Ölkədə pandemiyanın başlanğıcından bəri səkkizinci və ayın əvvəlindən bəri beşinci dəfə bir gündə 200-dən çox ölüm qeydə alınıb.

Ümumilikdə, qərargahın məlumatına görə, 23 723 nəfər COVID-19 qurbanı olub.

Son xəbərlər

Orphus sistemi