Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Region
  • 04 may, 2017
  • 13:58
Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Bakı. 4 may. REPORT.AZ/ Rusiyada “Robinson” xilasedici helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Başqırdıstanda baş verib. 

İnformasiyaya əsasən, helikopterdə olanlar İnzer-Beloretsk rayonunda meşə yanğınını müşahidə edirmiş. Məlumata görə, helikopterin göyərtəsində bir pilot və iki yanğınsöndürən olub.

Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, “Robinson” Rusiyanın “Layt eyr” özəl şirkətinə məxsusdur.