Rusiyada helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Region
  • 08 noyabr, 2018
  • 12:22
Rusiyada helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiyanın Tver vilayətində “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu vilayətin Səhiyyə İdarəsindən bildiriblər.

Qeyd olunub ki, bu, ilkin informasiyadır, ölən və xəsarət alanların sayı dəqiqləşdirilir.

Hadisə yerinə xilasedicilər və həkim briqadası cəlb olunub.